Rubrika| Maarifləndirmə| ABŞ ordusu adi proqramlardan məkan məlumatlarını necə əldə edir?

2023/07/45-1688640267.jpg
Oxunub: 2264     17:29     06 İyul 2023    
Bir sıra KİV-lərin məlumatına görə, ABŞ ordusu zərərsiz görünən proqramlardan əldə edilən bütün dünya üzrə insanların hərəkət məlumatlarını, məkan məlumatlarını satın alır. “Motherboard” araşdırma qrupunun apardığı təhlillər göstərir ki, bu cür proqramlardan ən məşhurları dünya üzrə 98 milyon çox yüklənən və əsasən müsəlmanların istifadə etdiyi Quran və dua proqramlarıdır. Bu proqramlara “Craigslist” kimi tanışlıq proqramları, fırtınları izləmək üçün istifadə olunan proqramlar, yataq otağında rəfləri quraşdırmaq üçün lazım olan proqramlar daxildir.

İctimai qeydlər, tərtibatçılarla müsahibələr və texniki təhlillər vasitəsilə “Motherboard” araşdırma qrupu ABŞ ordusunun ərazi məlumatlarını əldə etmək üçün istifadə etdiyi iki ayrı, paralel məlumat axını aşkar edib. Onlardan biri “Babel Street” adlı şirkət vasitəsilə aparılır. Şirkət “Locate XUS Special Operations Command”(USSOCOM) adlı məhsul yaradıb və terrorizmə, qiyama qarşı mübarizə və xüsusi kəşfiyyatla məşğul olan xaricdəki xüsusi təyinatlı qüvvələrin əməliyyatlarına kömək etmək üçün “Locate X”ə giriş əldə edib. Digər axın isə “X-Mode” adlı şirkət vasitəsilə həyata keçirilir, o, məkan məlumatlarını birbaşa tətbiqlərdən alır, sonra həmin məlumatları podratçılara və əlavə olaraq orduya satır.

Məkan məlumatları şəxslərin PUA-larla hədəf alınması üçün istifadə olunur. Alınan məkan məlumatlarının çoxu Yaxın Şərqdəki müsəlman xalqlara məxsusdur. ABŞ İraq, Pakistan, Əfqanıstan kimi müsəlmanların yaşağıdakı ərazilərdə PUA-lardan aktiv istifadə edib. Məkan məlumatlarının istifadə edildiyi barədə sübutlar yoxdur.

“X-Mode”a məlumat göndərən proqramlar arasında istifadəçilərə nə vaxt namaz qılmalı və Məkkənin hansı istiqamətdə olduğunu xatırladan “Muslim Pro” proqramı var. “Google Play Store”də proqramın 50 milyon dəfədən çox yükləndiyi görünür. “Muslim Pro”nun vebsaytına görə isə iOS da daxil olmaqla digər platformalarda ümumilikdə 98 milyondan çox yüklənib. Tətbiqə Qurandan ayələr və audio oxunuşlar da daxildir.

“X-Mode”a məlumat göndərən digər proqram 100.000 dəfədən çox yüklənmiş “Muslim Mingle” adlı tanışlıq proqramıdır.

“X-Mode”un baş direktoru Coşua Anton CNN-ə verdiyi son müsahibədə şirkətin hər ay ABŞ daxilində 25 milyon cihazı, Avropa İttifaqı, Latın Amerikası və Asiya-Sakit okean regionu da daxil olmaqla başqa yerlərdə 40 milyon cihazı izlədiyini bildirib.

“Muslim Pro” proqramının həm “Android”, həm də iOS versiyalarını müşahidə etmək üçün şəbəkə analizi aparılıb. Məlumat ötürülməsinə həmçinin telefonun hal-hazırda qoşulduğu Wi-Fi şəbəkəsinin adı, vaxtı və telefon haqqında məlumat, məsələn, modeli daxildir.

“X-Mode”a məlumat göndərən digər proqramlara 5 milyon dəfədən çox yüklənmiş “Accupedo” addım sayğacı, “Craigslist” adlı iş elanı saytında daha asan axtarış imkanları yaradan bir milyondan çox yüklənmiş “CPlus”, qasırğaları, tayfunları və tropik fırtınaları izləmək üçün milyon dəfədən çox yüklənən “Global Storms” proqramları daxildir. Proqramlar şəbəkəsinə, həmçinin “Türkiyə Sosial”, “Misir Sosial”, “Kolumbiya Sosial” və xüsusi ölkələrə yönəlmiş digər proqramlar daxildir.

“X-Mode” bu cür məlumatları müxtəlif müştərilərə satır. Həmin müştərilərdən biri isə özəl kəşfiyyat şirkətidir.

Bu müştərilər arasında ABŞ hərbi podratçıları da var. Bunlara “Sierra Nevada Corporation” və “Systems & Technology Research” şirkəti daxildir. “Sierra Nevada Corporation” ABŞ Hərbi Hava Qüvvələri üçün döyüş təyyarələri istehsal edir və ABŞ Ordusu üçün kiber və radioelektron mübarizə imkanlarının inkişafında “Northrop Grumman” şirkətinə dəstək verir. “Systems & Technology Research” Quru Qoşunları, Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri ilə işləyir və kəşfiyyat analitiklərinə “məlumat analitikası” dəstəyi verir.

“X-Mode” iddia edir ki, onların fəaliyyəti terrorla mübarizə, kibertəhlükəsizlik və COVID-19-la mübarizəyə yönəlib.

“X-Mode” adından məkan məlumatlarını toplayan bəzi proqramlar məlumat ötürülməsini mahiyyətcə gizlədir. “Muslim Pro” məxfilik siyasətində “X-Mode”dan bəhs etmir və məkan məlumatlarının ötürülməsini ətraflı izah edən məlumat təqdim etmir. Məxfilik siyasətində deyilir ki, “Muslim Pro” “Tutela” və “Quadrant” məkan məlumatları şirkəti ilə işləyir. “Muslim Mingle” da məlumatların ötürülməsi barədə istifadəçilərə məlumat vermir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Muslim-Pro  


Bizi "telegram"da izləyin